Ərdoğan: "Bərpaolunan və təmiz enerji mənbələri genişləndirilməli, enerji səmərəliliyi artırılmalıdır"

image

Türkiyə iqlim böhranı ilə mübarizədə və təmiz enerji dönüşümünü təmin etməkdə öz üzərinə düşəni həyata keçirməyə davam edəcək.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Enerji Dialoqu Toplantısına videomüraciətində deyilib.

Müraciətdə qlobal istiləşmə və iqlim dəyişikliyinin bəşəriyyət tarixinin ən əhəmiyyətli problemlərindən biri olduğunu vurğulayan Türkiyə Prezidenti deyib: “Bu böhran yalnız qlobal əməkdaşlıq sayəsində idarə edilə bilər. Bunun üçün kimsəni geridə qoymamalı və ədalətli yük paylaşımını təmin etməliyik. Bu istiqamətdə ən əhəmiyyətli töhfəni enerji sektorunun verəcəyi məlumdur. Buradakı düstur da aydındır. Ənənəvi enerji mənbələrindən istifadə azaldılmalı, bərpaolunan və təmiz enerji mənbələri genişləndirilməli, enerji səmərəliliyi artırılmalıdır. Türkiyə olaraq, bərpaolunan enerjidə və enerji səmərəliliyində böyük bir uğura imza atırıq”.

Qeyd edək ki, Türkiyə 2023-cü ildə sıfır karbon olma hədəfi müəyyən edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *