Geotermal enerjinin qlobal qoyuluş gücü 14 qeqavatı ötüb

image

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesabatına görə, geotermal enerjinin qlobal qoyuluş gücü 14 qeqavatı ötüb. 2020-ci ildə bu mənbə üzrə 164 meqavat artım qeydə alınıb və qlobal qoyuluş gücü 14 050 meqavata çatıb.

Regionlar üzrə nəzər yetirsək:

  • Asiya-4 584 meqavat;
  • Avropa-1 652 meqavat;
  • Avrasiya-1 687 meqavat;
  • Şimali Amerika-3 493 meqavat;
  • Mərkəzi Amerika-723 meqavat;
  • Cənubi Amerika-40 meqavat;
  • Okeaniya-1 040 meqavat;
  • Afrika-831 meqavat.

Asiya qitəsində geotermal enerjinin qoyuluş gücünə görə İndoneziya və Filippin fərqlənirlər (müvafiq olaraq 2 131 və 1 928 meqavat). Avropada bu enerji növünün qoyuluş gücünə görə İtaliya (797 meqavat) və İslandiya (756 meqavat) liderdir.

Avrasiya regionuna baxsaq, Rusiya və Türkiyə geotermal enerjidən istifadə edir. Rusiyada son on ildə qoyuluş gücü 7 meqavat azalıb, əksinə Türkiyədə isə geotermal enerji mənbəyindən istifadə artmaqdadır. Türkiyədə son on ildə qoyuluş gücü 1 499 meqavat, son bir ildə isə 98 meqavat artıb. Hesabata əsasən, Türkiyədə geotermal enerjinin qoyuluş gücü 1  613 meqavat təşkil edib.

Şimali və Mərkəzi Amerika regionu üzrə Birləşmiş Ştatlar, Meksika, Kosta Rika, Salvador qoyuluş güclərinə görə fərqlənən ölkələrdir. Cənubi Amerikada bu mənbədən istifadə edən yeganə ölkə Çilidir. Ümumiyyətlə, Amerika üzrə ən çox qoyuluş gücünə malik ölkə ABŞ-dır-2 587 meqavat.

Okeaniya üzrə baxdıqda, Yeni Zelandiya 984 meqavat güclə geotermal enerjidən istifadə edir.

Afrikada isə Keniya 831 meqavat qoyuluş gücünə malikdir.

Regionlar və ölkələrdə geotermal enerjinin son on ildə qoyuluş gücünü əks etdirən cədvəli təqdim edirik.

İnformasiya Portalı

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *