Getdikcə daha çox ölkə bərpa olunan enerjiyə keçid mövqeyini tutmağa başlayır

image

2021-ci il atmosferə zərərli tullantıların azaldılması baxımından ən uğurlu illərdən biri olub.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Trend-ə Asiya İnkişaf Bankının (AİB) QHT forumunun icraçı direktoru Rayan Hassan deyib.

2021-ci ildə bu sahədə əsas nailiyyətləri şərh edərkən o, BMT-nin iqlim dəyişikliyi ilə bağlı Çərçivə konvensiyasının icraçı katibinin sözlərini sitat gətirib.

“Fikrimcə, Çərçivə konvensiyasının icraçı katibi tərəfindən qlobal iqlim baxımından 2021-ci ildə dörd əsas nailiyyət formalaşdılırıb. Birincisi odur ki, bu cür vacib mövzuya diqqət artıb, hökumətlər və maliyyəçilər zərərli tullantıların azaldılması üçün vəsaitlər ayırmağa başlayıb. Bu, Asiyada bizim üçün çox vacibdir, çünki iqlim dəyişikliyinə daha həssas olan insanlar, sahilyanı zonalarda yaşayanlardır. Əgər zəruri büdcə və ya maliyyələşmə olmazsa, ən yoxsul təbəqələrin qayğısına qalan qalan olmayacaq. Və bu məqsədlər üçün maliyyələşmənin artması çox yaxşı haldır”, - deyə o bildirib.

Onun sözlərinə görə, AİB-in iqlim dəyişiklikləri ilə mübarizəyə xidmət edən layihələri maliyyələşdirməsi həcmi 2014-cü ildə 30 milyard dollardan, 2020-ci ildə 80 milyar dollaradək artıb, 2030-cu ilədək isə bu vəsaitin 100 milyard dollara çatacağı planlaşdırılır.

QHT forumunun icraçı direktoru bildirib ki, bununla belə həmin vəsaitlərin məqsədyönlü sərf olunmasına nəzarət etmək lazımdır.

R.Hassan qeyd edib ki, 2021-vi ildə bərpa olunan enerjinin qlobal inkişafı baxımından ən böyük nailiyyət bütün dünyada əlavə 290 giqavatt həcmində bərpa olunan enerji yaradılması olub. Onun sözlərinə görə, bu çox mühüm rəqəmdir.

“Beynəlxalq Enerji Agentliyinin (BEA) bərpa olunan enerji bazarı haqqında illik hesabatında deyilir ki, 2026-cı ilədək bərpa olunan enerjinin qlobal gücü 2020-ci illə müqayisədə 60 faiz artacaq. Həmin il qlobal bərpa olunan enerji həcmi 480 giqavatt təşkil edirdi. Beləliklə, bərpa olunan enerji hesabına elektrik enerjisi isehsalına yönəlmək tendensiyası mövcuddur”, - R.Hassan deyib.

O bildirib ki, 2021-ci ildə bu sahədə ən Hindistan və Çin irəliləyiş nümayiş etdirib, bu ölkələrdə bərpa olunan enerji mənbələri sahəsi fəal şəkildə inkişaf etdirilir.

2022-ci ildə iqlim dəyişikliyi ilə mübarizə templərini artırmaq üçün atılmalı olan addımlardan danışan R.Hassan vurğulayıb ki, yerli hakimiyyət orqanları artıq kömürdən imtina yönündə irəliləyir, amma bu sahəyə milyardlarla dollar vəsait qoymuş iri enerji şirkətləri ondan imtina etmək niyyətində deyil.

O əlavə edib ki, bərpa olunan enerji sahəsində işləri istənilən səviyyədə geniş müzakirə olunmur və bir çox hökumətlər bu məsələdə dəqiq mövqeyə malik deyil. O hesab edir ki, hələ də həll olunmamış bir sıra texniki maneələ qalmaqdadır.

“Bu istiqamətdə siyasət, tədqiqatlar və texnologiyalar baxımından görülçəli işlər var. Aydındır ki, maliyyələşmənin artması 5-10 il ərzində bu problemlərin qlobal həllini tapacağımıza ümidləri çoxaldır”, - deyə R.Hassan bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *