Hindistan günəş enerjisi təchizatına 2,6 milyard dollar yatırım edəcək

image

Hindistan hökuməti günəş panellərinin idxalını azaltmaq və istehsalı artırmaq məqsədilə 2,6 milyard dollar (195 milyard rupi) yatırım edəcək.

"Berpaolunanenerji.az" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Nirmala Sitharaman açıqlama yayıb.

2030-cu ilə qədər günəş enerjisinin qoyuluş gücünü 280 min MVt səviyyəsinə çatdırmağı hədəfləyən Hindistan, bununla günəş enerjisi təchizatında Çinə olan 80 faiz asılılığını azaldacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *