ICESCO-nun sabiq baş direktoru: "Bərpaolunan enerji mənbələrinə keçmək lazımdır"

image

"Mümkün qədər tez bərpaolunan enerji mənbələrinə keçmək lazımdır".

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri VIII Qlobal Bakı Forumu çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizə və enerjiyə olan qlobal ehtiyacların təmin edilməsinin bir araya gətirilməsi yolları” mövzusunda təşkil edilmiş panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin istehsalı və iqlim dəyişiklikləri bir-biri ilə sıx əlaqəlidir: "Energetika sahəsi iqlim dəyişikliyinə çox böyük təsir göstərir. Belə ifrat dərəcədə hasilatların olması belə çətin ekologiyaya zərər vurur. Biz bu ziyanın qarşısını necə ala bilərik? Əlbəttə ki təbii yanacaqdan yan keçmək xəyal kimi görünə bilər, lakin artıq digər alternativ enerji mənbələrinə keçid etməliyik. İnsanlar cəmiyyət halında təbiətin, ekologiyanın qorunmasında iştirak etməlidirlər. Avtomobillərdən istifadə, milyonlarla zavodun fəaliyyəti ekologiyaya ciddi zərər vurur. Biz bərpaolunan enerji mənbələrinə keçməli və bunu mümkün qədər tez etməliyik. Artıq bir çox ölkə külək, günəş enerjisi və s. istifadə edərək bərpaolunan enerji mənbələrinə keçir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *