IEA: 2022-ci ildə bərpaolunan enerji dünya rekordu vuracaq – HESABAT

image

Bu il dünyada bərpaolunan enerji mənbələrinə əsaslanan yeni generasiya güclərinin artımı yenidən rekord səviyyəsində olacaq.

Bu barədə “Berpaolunanenerji.az” Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.

Hesabata görə, bərpaolunan enerji yüksək xərcləri və tədarük zəncirindəki problemlərə baxmayaraq, 2022-ci ildə daha bir dünya rekordunu vuracaq.

Hesabata əsasən, 2021-ci ildə bərpaolunan enerjiyə əsaslanan yeni generasiya güclərinin qlobal artımı 295 qiqavat olub ki, bu da rekord göstəricidir.

Vurğulanır ki, bu il qeyd olunan göstəricinin 320 qiqavat səviyyəsində olacağı gözlənilir ki, bu da Almaniyanın elektrik enerjisinə olan tələbatı ödəyəcək həcmə yaxın və ya Avropa İttifaqının qaz vasitəsi ilə istehsal etdiyi elektrik enerjisi həcmlərinə bərabərdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *