İraq hökuməti "ACWA Power"lə günəş enerjisi ilə bağlı müqavilə imzalayacaq

image

İraq Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə günəş enerjisi anlaşmaları imzalayacaq.

"Berpaolunanenerji.az" bu barədə İraq mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbar bununla bağlı Səudiyyə Ərəbistanının rəsmiləri ilə görüşəcək.

İraq mətbuatına görə, milyardlarla dollar dəyərində imzalanacaq anlaşmalarda təbii qaz layihələri də yer alacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *