İtaliya və İsveçrə şirkətləri külək və günəş enerji layihələrini inkişaf etdirəcək

image

İsveçrənin “Fontavis” və İtaliyanın “GR Value” şirkətləri, İtaliyada 330 MVt-dan çox külək və günəş enerjisi layihələrini ortaq inkişaf etdirəcək.

“Berpaolunanenerji.az” “PV Magazine”ə istinadən xəbər verir ki, İsveçrə şirkəti “Fontavis” İtaliyada 330 MVt-dan çox gücə malik külək və günəş enerji layihələrini inkişaf etdirmək üçün ölkənin “GR Value” şirkəti ilə razılaşıb.

İmzalanan anlaşma müqaviləsinə görə “Fontavis”, “GR Value”nun külək və günəş layihələri üzərində müstəsna hüquqlara sahib olacaq.

İsveçrə şirkəti layihələrin idarə olunması, maliyyə və risklərin idarə olunması məsələləri, İtaliya şirkəti isə inşaat və biznes məsələləri ilə məşğul olacaq. Bundan əlavə, “Fontavis” ortaq sərmayəçilər dəvət etmə hüququna da sahib olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *