Naxçıvanın bərpaolunan enerji istehsalı imkanları artırılır

image

Naxçıvan MR-da enerji istehsalı sahəsinin inkişaf etdirilməsi hər zaman prioritet istiqamətlərdən biri olub və bu istiqamətdə mühüm Dövlət Proqramları qəbul edilib.

"Berpaolunanenerji.az" "Nuhçıxan" agentliyinə istinadən xəbər verir ki, aparılan məqsədyönlü işlərin nəticəsidir ki, bir zamanlar bu sahədə ancaq idxaldan asılı olan Naxçıvan bu gün enerjiyə olan tələbatını tamamilə yerli imkanlar hesabına ödəyir. Çünki Naxçıvan MR-da bərpaolunan enerji mənbələrindən istifadə sahəsində müasir infrastruktur yaradılıb. Bu da enerji sektorunda davamlı inkişafı təmin edib.

Muxtar Respublikanın daxili imkanları hesabına istifadəyə verilən və əksəriyyəti hidroelektrik stansiyaları və regionda ən böyük günəş elektrik stansiyası olan güc mənbələri əhalinin məişət ehtiyaclarını, eləcə də sənaye və kənd təsərrüfatının tələbatını tam şəkildə ödəməyə imkan yaradıb.

Naxçıvanda əsasən alternativ və bərpaolunan enerji mənbələrinə daha çox üstünlük verilməsinin əsas səbəbi eneriyə olan tələbatın tamamının bu enerji mənbələri hesabına ödənilməsini təmin etməkdir. Bu isə tükənməyən resurslar hesabına enerjinin davamlılığını və ekoloji mühitin saflığının qorunub saxlanılmasına şərait yaradır.

Muxtar respublikada enerji istehsalında böyük nailiyyətlər əldə olunması istiqamətində işlər davam etdirilir, yeni elektrik stansiyaları inşa olunur. Hazırda Ordubad və Tivi su elektrik stansiyasiyalarının tikintisi davam etdirilir. Bu stansiyalar Muxtar Respublikamızda enerji təhlükəsiziliyinin təmin olunması istiqamətində görülən işlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.  


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *