Nazir: "Xudafərin" və "Qız Qalası" SES-lərin tezliklə yekunlaşdırılmasını razılaşdırdıq"

image

Energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan İranın energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə nazir özünün tviter səhifəsində məlumat verib.

"İranın energetika naziri Əli Əkbər Mehrabian ilə geniş tərkibli görüşdə "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları, SES-lər ilə bağlı işlərin sürətləndirilməsini və stansiyaların tezliklə yekunlaşdırılmasını razılaşdırdıq. Energetika sahəsində əməkdaşlığımızın inkişafı baxımından müzakirələrimiz məhsuldar oldu", - nazir bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *