Nazirlik tərəfindən bərpaolunan enerji layihələri üçün yeni ərazilər müəyyən edilir

image

Hazırda energetika nazirliyi tərəfindən bərpaolunan enerji layihələrini həyata keçirmək üçün yeni ərazilər müəyyən edilir.

“Berpaolunanenerji.az” xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev onlayn seminar zamanı çıxışında bildirib.

"Bu yalnız torpaq sahəsinin boş olması ilə yox, proqramlar və külək və günəş ölçü-müşahidə qurğularının nəticələri əsasında müəyyən edilir. Bildiyiniz kimi, ölkə üzrə BOEMDA-nın müxtəlif ərazilərdə külək və günəş ölçü-müşahidə stansiyaları vardır ki, potensiallı ərazilərdə quraşdırılaraq ölçü-müşahidə işləri aparılır. Bərpaolunan enerji mənbələrinin coğrafi olaraq paylanması şəbəkəyə inteqrasiyası baxımından çox önəmlidir. Hərraclarda və gələcək layihələrdə bu coğrafi yanaşmanın nəzərdən keçirilməsi planlaşdırılır", - deyə Əmmayev bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *