Pərviz Şahbazov: "Bu ay Yaşmada külək elektrik stansiyasının təməli qoyulacaq"

image

"Bu ay Xızı rayonunun Yaşma qəsəbəsində Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin inşa edəcəyi 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq". 

“Berpaolunanenerji.az” xəbər verir ki, bunu “Asharq Al-Awsat” nəşrinə müsahibəsində energetika naziri Pərviz Şahbazov deyib.

“Biz stansiyanın istifadəyə verilməsini birlikdə qeyd etmək üçün Səudiyyə Ərəbistanından Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini gözləyirik. Həmin nümayəndə heyəti ilə həmçinin iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etməyi planlaşdırırıq. Ümumiyyətlə, bu səfər rəsmi Bakı ilə Ər-Riyad arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün yeni imkanları müzakirə etməyə şərait yaradacaq", - o qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqısı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsinin imzalanma mərasimi keçirilib. Energetika Nazirliyi adından nazir Pərviz Şahbazov, “Azərenerji” adından qurumun prezidenti Baba Rzayev və “ACWA Power” şirkətinin rəhbəri Mohammad Abunayyan sənədə imza atıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *