Pərviz Şahbazov: "Həm təbii qaz, həm də bərpaolunan enerji mənbələrindən istifadə edəcəyik"

image

“Təbii qaz çox mühüm enerji resursudur və onun alternativ enerjiyə keçiddə xüsusi rolu var”.

“Berpaolunanenerji.az” xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov deyib.

“Ümumiyyətlə, beynəlxalq ekspertlərin vahid mövqeyi var ki, enerji keçidi dövründə təbii qaz və bərpaolunan enerji mənbələri həlledici rol oynayacaq. Ona görə bu iki enerji resursundan maksimum şəkildə istifadə etmək niyyətindəyik. Eyni zamanda nə qədər çox bərpaolunan enerji mənbələrindən enerji əldə edəriksə, o qədər çox təbii qaz ixracı imkanlarımız olar”, - deyə o, qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *