Pərviz Şahbazov: "İlk hərracın vaxtı hazırlıq prosesi başa çatdıqdan sonra elan edilə bilər"

image

"Hərrac prosesi özü o qədər də bəsit bir iş deyil. Onun hazırlanması, həyata keçirilməsi, şirkətlərin bu prosesdə iştirak etməsinə hazır olmaq önəmlidir". 

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov "Report"a müsahibəsində deyib.

"Məqsədimiz bu hərracların sistemli şəkildə ilbəil keçirilməsidir. Ümid edirik ki, hərraca hazırlıq işlərini bu il yekunlaşdıracağıq. İlk hərracın vaxtı hazırlıq prosesi başa çatdıqdan sonra elan edilə bilər. Bu, bizim üçün yeni təcrübədir", - nazir deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *