Pərviz Şahbazov: "Masdar"la layihələr üzrə əməkdaşlığımızı irəlidə 10 qiqavata çatdırmağı nəzərdə tuturuq"

image

Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı, azad edilmiş ərazilərdə bərpa olunan enerjidə türk şirkətlərinin iştirakı üzrə əməkdaşlıq potensialı dəyərləndirilir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu"nda çıxışı zamanı deyib.

"Avropa İttifaqı ilə yenilənmiş strateji tərəfdaşlığımızda bərpa olunan enerjinin eləcə də Xəzər dənizinin külək enerjisinin, yaşıl hidrogen istehsalı, ixracı xüsusi yer tutur. Xəzər dənizinin 157 qiqavatlıq külək potensialından istifadə də daxil olmaqla iri istehsal güclərinin, yaşıl enerji dəhlizinin və digər ixrac marşrutlarının yaradılması ilə bağlı genişmiqyaslı işlər aparılır. "Masdar" şirkəti ilə quruda və dənizdə 4 qiqavatlıq layihələr üzrə əməkdaşlığımızı irəlidə 10 qiqavata çatdırmağı nəzərdə tuturuq. Bütün bunlar yaşıl enerjinin enerji balansımızda payı ilə bərabər ixrac imkanlarının da artırılması deməkdir", - nazir bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *