Pərviz Şahbazov: "Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq bazarda sabitlik üçün əhəmiyyətlidir"

image

“Səudiyyə Ərəbistanı və Azərbaycan bərpaolunan enerji ilə bağlı bir sıra layihələrdə iştirak edəcək.”.

“Berpaolunanenerji.az” xəbər verir ki, bunu “Asharq Al-Awsat” nəşrinə müsahibəsində energetika naziri Pərviz Şahbazov bildirib.

P.Şahbazov Azərbaycanın Səudiyyə Ərəbistanı ilə strateji əməkdaşlığı gücləndirmək niyyətində olduğunu da deyib və bildirib ki, bu, bir neçə iqtisadi sahəni əhatə edə, iki ölkə arasında iqtisadi əməkdaşlığı, xüsusən də enerji sahəsində əməkdaşlığı gücləndirə bilər:

“Biz Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi üçün müqavilə imzalamışıq. Bu, təkcə Azərbaycanda deyil, həm də bütün region ölkələrində bərpaolunan enerji mənbələrinin inkişafı baxımından vacibdir”.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan və Səudiyyə Ərəbistanı əvvəllər müxtəlif ticarət, diplomatik və siyasi sazişlər imzalayıblar ki, əlavə danışıqlar və məsləhətləşmələr vasitəsilə bunları daha gücləndirməyə ehtiyac var.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *