Prezident: "Avropalı tərəfdaşlarımızla külək enerjisinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparırıq"

image

"Xanım Prezidentin bərpaolunan enerji barədə dedikləri ilə bağlı bildirmək istərdim ki, bu, həmçinin bizim iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzaladığımız Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun bir hissəsidir".

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxışı zamanı deyib.

Prezident:

"Beləliklə, əminəm ki, bu yaxınlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Külək enerjisi sahəsində təkcə Xəzər dənizində təsdiq edilmiş potensialımızın həcmi 157 qeqavatdır. Hazırda biz avropalı tərəfdaşlarımızla bu enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparırıq".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *