Prezident: "Biz hətta enerji balansımızda 30 və ya 40 faiz bərpaolunan enerjini nəzərdə tuta bilərik"

image

Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib:

"Bərpaolunan enerjinin 2030-cu ilə qədər ümumi balansımızda ən azı 30 faiz olması planlarımızı nəzərə alaraq, hesab edirəm ki, həmin planlara dəyişiklik edilə bilər. Fikrimcə, biz hətta enerji balansımızda 30 və ya 40 faiz bərpaolunan enerjini nəzərdə tuta bilərik. Onda, əlbəttə ki, Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Biz bunun üzərində işləyirik. Bu baxımdan, biz düzgün yoldayıq".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *