Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahında yaşıl enerji mənbələrindən istifadə edilir

image

Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahı Ağdam rayonunda yerləşir və ən son “ağıllı” texnologiyalar əsasında tikilib.

"Berpaolunanenerji.az"ın məlumatına görə, Xüsusi Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumilikdə 1 hektar sahəni əhatə edən müvəqqəti qərargahın ərazisi “Camp” və “İnzibati ərazi” olaraq ikiyə ayrılıb və inşası əsasən yaşayış, iaşə, inzibati, sağlamlıq, “smart camp” idarəetmə sistemi, alternativ enerji sahələri kimi 6 komponent üzrə icra edilib.

Müasir şəhərsalma standartlarının tətbiq olunması ilə inşa olunan qərargah sahəsindəki binaların bütün daxili mühəndis kommunikasiya, isitmə sistemlərinin ağıllı texnologiyalar əsasında qurulması ilə yanaşı alternativ enerji mənbələri ilə təmin edilməsi, daxili və xarici yolların “ağıllı” işıqlandırılması, məişət tullantılarının idarə olunması, günəş panellərindən və bioqaz enerjisindən istifadə olunması kimi amillər də tikinti konsepsiyasına daxil edilib.

Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahı artıq istifadəyə verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *