Qarabağın hidroenerji potensialı və SES-lərin gücü qiymətləndiriləcək

image

Qarabağın hidroenerji potensialı və istismarı nəzərdə tutulan Su Elektrik Stansiyaların (SES) gücü qiymətləndiriləcək.

"Berpaolunanenerji.az"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Energetika Nazirliyi və "Azərenerji" ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hidroenerji potensialının, o cümlədən istismarı nəzərdə tutulan SES-lərin gücünün qiymətləndirilməsi üzrə 2022-2023-cü illərdə müvafiq təhlillərin aparılması, potensialın və SES-lərin gücünün qiymətləndirilməsini təmin etməlidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *