"Qaradağ" GES BƏƏ ilə yaşıl enerji əməkdaşlığının başlanğıcıdır

image

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei arasında görüş olub. 

Bu barədə "Berpaolunanenerji.az"a nazirlikdən məlumat verilib.

Energetika naziri Pərviz Şahbazov “Ümumdünya Kommunal Xidmətlər Konqresi”nin yüksək səviyyədə təşkilinə və dəvətə görə təşəkkürünü bildirib.

Bu tədbirin qlobal enerji gündəliyində olan məsələlərlə yanaşı ölkələrimiz arasında ikitərəfli enerji əməkdaşlığının müzakirəsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində planlaşdırılan investisiya layihələri, elektrik enerjisinin istehsalı və ixracı, həmçinin təbii qaz, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Qaradağ GES-in inşası iki ölkə arasında yüksək münasibətlərin töhfəsi və “yaşıl” enerji əməkdaşlığının başlanğıcı kimi qiymətləndirilib. Bu əməkdaşlığın inkişafına BƏƏ-nin marağı və dəstəyi bir daha da ifadə edilib.  


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *