Qaz bazarında mövcud vəziyyətə düzgün cavab bərpaolunan enerjiyə keçidi sürətləndirməkdir

image

Avropa İttifaqı (Aİ) ölkələrinin hökumətləri əhalinin ən həssas təbəqələrinə dəstək verməsə, Avropadakı qaz böhranı Aİ ölkələrinin sosial və siyasi sarsıntılarına səbəb ola bilər.

"Berpaolunanenerji.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə maliyyə məsələləri üzrə Avropa Komissarı Meirid Makginnes deyib.

"Lazımi yardımı göstərməsək və çətin bir vaxt olduğunu qəbul etməsək, sosial və siyasi sarsıntılar baş verə bilər", - M. Makginnes qeyd edib.

Bununla yanaşı, Avropa Komissarı Aİ hökumətlərinin dəstəyə ehtiyacı olanlara yardım göstərmək üçün lazımi imkanlarının olduğunu vurğulayıb.

M. Makginnesin sözlərinə görə, Avropanın qaz bazarında mövcud vəziyyətə düzgün cavab olaraq bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirməkdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *