Qətər səfiri ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

image

Energetika naziri Pərviz Şahbazov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah Al Hinzabı qəbul edib.

Bu barədə "Berpaolunanenerji.az"a energetika nazirliyindən məlumat verilib. Görüş zamanı energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə iki ölkə arasında bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Hər iki sahə üzrə ölkəmizdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verilib. Energetika sektorunun inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində addımların atıldığı və Qətər şirkətlərinin gələcəkdə ölkəmizdə bərpaolunan enerji sahəsi üzrə təşkil ediləcək hərraclarda iştiraka təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *