Rusiya Qarabağda su və külək elektrik stansiyası inşa edə bilər

image

Rusiya tərəfinə Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət üçün iki layihə üzrə ilkin məlumatlar təqdim edilib.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib.

“Bu layihələr çərçivəsində Laçın və Kəlbəcər rayonları ərazilərində 100 meqavatt gücündə külək enerjisi stansiyasının, həmçinin Tərtər çayı üzərində ümumi gücü 20 meqavatt olan kiçik su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur", - Ş. Mustafayev qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı elektrik enerjisinin tədarükü stabil olaraq həyata keçirilir: "Bərpa olunan enerji mənbələri sahələrində perspektiv əməkdaşlıq davam etdirilir. Azərbaycanda bu sahədə aktiv iş aparılır. Qarabağ və Şərqi Zəngəzur bərpa olunan enerji mənbələri baxımından böyük potensiala malikdir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *