Səfir: "İsrail şirkətləri Qarabağda layihələrdə iştirak etmək üçün müraciət edib"

image

"15-dək İsrail şirkəti Qarabağda layihələrdə iştirak etmək üçün Azərbaycandakı İsrail səfirliyinə müraciət edib".

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Trend-ə özəl müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

"Daha çox şirkət isə səfirlik vasitəsilə deyil, birbaşa müraciət edib. Hesab edirəm ki, söhbət “ağıllı şəhər"lərin tikintisindən “yaşıl enerji", kənd təsərrüfatı, xəstəxana, spa mərkəzi tikintisinədək, müxtəlif layihələr üçün müraciət edən onlarla şirkətdən gedir. İndi bizdə fəal özəl sektor var, onlar səfirlikdən asılı olmadan fəaliyyət göstərir.

İsrail şirkətləri, həmçinin, Qarabağda və Azərbaycanın digər ərazilərində “yaşıl enerji" sahəsində layihələrdə iştirak etməyə hazırdır. Hazırda Abşeronda, xüsusilə, günəş və külək enerjisi sahələrində İsrail şirkətlərini maraqlandıra biləcək layihələr var. Biz bu sahədə şirkətlər arasında əməkdaşlığı genişləndirməyə çalışırıq", - deyə o bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *