“Siemens Gamesa” İspaniya şirkəti ilə anlaşma imzalayıb

image

Külək turbini istehsalçısı “Siemens Gamesa” İspaniyanın “Iberdrola” şirkəti ilə anlaşma imzalayıb.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə “Siemens Gamesa”nın yaydığı məlumatda bildirilir.

Belə ki, şirkət “Iberdrola”nın İspaniya və Portuqaliyada inşa edəcək 69 külək elektrik stansiyasını 2 QVt-lıq turbinlərlə təchiz edəcək.

Stansiyalarda 660 kVt ilə 3,4 MVt-saat arası 1 963 ədəd turbinlər qurulacaq.

Qeyd edək ki, “Iberdrola” ötən ilin noyabr ayında ABŞ-da 800 MVt qoyuluş gücünə sahib “Vineyard Wind I” dənizüstü külək elektrik stansiyasının inşasına başlayıb. Layihənin 400 min evin elektrik enerjisi ehtiyacını qarşılayacağı və 3 600 şəxsə yeni iş yeri yaradacağı gözlənilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *