"Siemens Gamesa" Serbiyada külək ferması inşa edəcək

image

"Siemens Gamesa" Serbiyada külək ferması inşa edəcək.

“Berpaolunanenerji.az” şirkətin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə dövlətə məxsus EPS enerji şirkəti ilə müqavilə imzalanıb.

Bildirilir ki, 66 MVt gücündə inşa olunacaq Kostolas külək ferması şirkətin Serbiyada ilk belə layihəsidir. Serbiyanın şərqində yerləşən ərazidə 20 ədəd SG3-3-132 turbin yerləşdiriləcək.

Layihə Siemens Gamesa ilə əməkdaşlıq edən Alman inkişaf bankı KfW tərəfindən maliyyələşdiriləcək.

Stansiyanın inşasının 2024-cü ildə başa çatacağı bildirilir.

Qeyd edək ki, Serbiyanın külək enerjisi gücü 400 MVt-a yaxındır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *