"Siemens Gamesa" Vyetnamda inşa olunacaq KES-i turbinlərlə təchiz edəcək

image

Vyetnamda inşa olunacaq külək elektrik stansiyasında (KES) "Siemes Gamesa"nın turbinləri quraşdırılacaq.

“Berpaolunanenerji.az”ın xəbərinə görə, bu barədə Vyetnam hökuməti açıqlamasında bildirib.

Bildirilir ki, bununla bağlı "BCG Energy" şirkəti ilə müqavilə imzalanıb.

Qeyd edək ki, ümumi gücü 500 MVt olacaq turbinlərin dəyəri 400 milyon dollardır.

"BCG Energy" hazırda Vyetnamda 577 MVt gücündəki KES-lərə sahibdir. Şirkət 2023-cü ilə qədər 1,5 QVt qoyuluş gücünə çatmağı hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *