Statistika Komitəsi: Azərbaycanda elektrik enerjisi istehsalı artıb

image

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 12 milyard 686,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,5 % çoxdur.

"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, istehsal edilən əmtəəlik elektrik enerji istehsalı 12 milyard 263,3 milyon kVt-saat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,3 % çoxdur.

Qeyd edək ki, külək elektrik stansiyaları 17,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 62,5 % azdır.

Günəş elektrik stansiyaları isə 30,4 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 18,7 % çoxdur.

Su elektrik stansiyalarının istehsalı 954,9 milyon kVt-saat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 26,4 % çoxdur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *