Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində günəş panelləri quraşdırılıb

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

"Berpaolunanenerji.az"ın məlumatına görə, elektroenergetika sahəsində ilk dəfə olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz qidalandırılması təmin olunub.

Günəş panelləri ilə toplanan enerji litium batareyalarla depolanaraq yarımstansiyada qəza halında daxili təlabatın ödənilməsində istifadə olunmaqdadır. Bununla Qəza hallarında yarımstansiyanın daxili təlabatının təmin olunması mümkün olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *