TDƏŞ ölkələrinin bərpaolunan enerji sahəsində B2B görüşləri təşkil edilib

image

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçıları Türk İnvestisiya Fondunun yaradılmasını müzakirə edirlər.

Bu barədə "Berpaolunanenerji.az" Qırğızıstan mətbuatına istinadən xəbər verir.

Daha sonra biznes-forum keçirilib. Biznes-forum çərçivəsində TDƏŞ ölkələrinin biznes nümayəndələri çoxtərəfli əməkdaşlığın ən aktual məsələlərini müzakirə ediblər.

Həmçinin bərpaolunan enerji və digər sahələrdə B2B görüşlər təşkil edilib.

Xatırladaq ki, Türk Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvanda yaradılıb. TDƏŞ üzv ölkələr arasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan var. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) Türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan böyük bir beynəlxalq platformadır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *