Türkiyə hidroenerji gücünə görə dünyada ilk on ölkə sırasındadır

image

Türkiyədə elektrik enerjisinin qoyuluş gücü iyul ayının sonunda 98 264 MVt olub ki, bunun da 52 min MVt-nı bərpaolunan enerji mənbələri təşkil edib.

“Berpaolunanenerji.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bərpaolunan enerji mənbələri arasında ən yüksək gücə sahib 31 436 MVt-la hidroenerji olub.

Hidroenerji ölkənin ümumi elektrik enerjisi istehsalında 20,1 faiz, qoyuluş gücündə 32 faiz, bərpaolunan enerjinin qoyuluş gücündə isə 60 faiz paya sahibdir.

Qeyd edək ki, ölkədə hidroenerji stansiyalarının sayı 735-ə çatıb. İlk stansiya isə 1902-ci ildə istifadəyə verilən Tarsus SES-idir.

Ölkənin hidroenerji gücü 1923-cü ildə 0,1 MVt, 1950-ci ildə 18 MVt, 1960-cı ildə 412 MVt, 1990-cı ildə 6 764 MVt, 2006-cı ildə 13 063 MVt, 2010-cu ildə 15 831 MVt, 2014-cü ildə 23 643 MVt, 2016-cı ildə 26 681 MVt, 2019-cu ildə isə 28 503 MVt təşkil edib.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatına görə, ötən il Türkiyə 2 500 MVt-la Çindən sonra ən çox hidroenerji gücü əlavə edib. IRENA-ya görə, 2023-cü ildə bu güc 34 min MVt-a çata bilər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *