Türkiyə şirkəti Qabonda günəş elektrik stansiyası inşa edəcək

image

“Desiba Energy” Mərkəzi Afrika ölkəsi Qabonda 20 MVt gücündə günəş elektrik stansiyası quracaq.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə ölkənin Sənaye və Milli Sahibkarlıq Nazirliyi açıqlama yayıb.

Sənaye və Milli Sahibkarlıq naziri Karmen Ndaot açıqlamasında, günəş elektrik stansiyasının inşası üçün anlaşmanın imzalandığını bildirib.

27 milyon avro yatırımla ölkənin Muila şəhərində inşa ediləcək günəş elektrik stansiyasının 15 MVt-lıq gücü Qabon Su və Enerji Şirkətinə (SEEG) satılacaq.

Qabon 2025-ci ilə qədər günəş enerjisinin qoyuluş gücünü 250 MVt-a yüksəltməyi hədəfləyir. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına əsasən, 2018-ci ildə ölkədə günəş enerjisinin qoyuluş gücü 2,2 MVt olub.

Qeyd edək ki, “Desiba Energy” alman şikəti “JVG Thorma” ilə birlikdə “Jurawatt” brendi günəş panelləri istehsal edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *