Türkiyə şirkətləri Qarabağda bərpa olunan enerji layihələrində iştirak edəcək

image

Sentyabrın 16-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşada beynəlxalq Qarabağ Biznes Forumu keçiriləcək.

“Berpaolunanenerji.az”ın məlumatına görə, Türk Dövlətləri Təşkilatı üzvlərinin iştirak edəcəyi forumda Qarabağın bərpası, əməkdaşlıq, sərmayə, biznes və digər məsələlər müzakirə olunacaq.

Forumda Azərbaycan rəsmiləri ilə yanaşı, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Türkiyə Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu, həmçinin Özbəkistan, Qırğızıstan və Türkmənistanın ticarət və sənaye palatalarının rəhbərləri, eləcə də bu ölkələrin dövlət qurumları və müxtəlif təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Biznes forumda müxtəlif qurumlararası görüşlər də keçiriləcək. Görüşlər 7 sektor üzrə təşkil olunacaq.

Müzakirələrdə bərpa olunan enerji üzrə də məsləhətləşmələr aparacaq. Eyni zamanda razılaşdırılmış sahələr üzrə yeni əməkdaşlıqlar və investisiyalar üzrə müzakirələr keçiriləcək.

Forumda xüsusən Türkiyə şirkətlərinin yaxından içtirak edəcəyi bildirilir. Bu mənada bərpa olunan enerji ilə bağlı müxtəlif danışıqların davam etdiyi məlumdur. Daha əvvəl Azərbaycanda səfərdə olan Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bununla bağlı anons verib. “Azərbaycanın bərpa olunan enerji ilə bağlı ciddi hədəfləri var. Xüsusən işğaldan azad edilmiş Qarabağda yaşıl enerji hədəfləri mövcuddur. Türkiyədə bu sahədə təcrübəsi olan şirkətlərin rəsmiləri Azərbaycanda görüşlər keçirəcək, müzakirələr aparacaqlar”, - nazir qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *