Türkiyədə damlarda qurulan günəş sistemləri ilə bağlı müraciətlərin sayı artır

image

“Gdz Elektrik” mərkəzinin məlumatına görə, Türkiyənin İzmir bölgəsində, 2013-cü ildə evlərin damında qurulan günəş enerjisi layihəsi üzrə 3 müraciət edilmişdisə, 2021-ci ildə bu rəqəm 217-ə yüksəlib.

“Berpaolunanenerji.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna əsəs səbəb xərclərin azalması bildirilir.

Ölkənin sənayə bölgələrində damlarda qurulan günəş sistemi üçün müraciətlərin sayı 272 faiz artıb.

“Gdz Elektrik”in icraçı direktoru Uğur Yüksel bildirib ki, hər ay 40-45 belə müraciət olunur.

Mərkəzin məlumatına görə, ötən il günəş sistemləri üçün 230 müraciət qeydə alınıb. Bu ilin sonunda isə müraciətlərin 20 faiz artması gözlənilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *