Türkiyədə geotermal enerji istehsalı 2 faizə yaxındır

image

Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin məlumatına görə, ölkədə geotermal enerji istehsalı 1,67 %-ə çatıb.

“Berpaolunanenerji.az”ın məlumatına görə, ölkənin geotermal enerji gücü 1,676 meqavatdır.

Türkiyənin hardasa bütün ərazilərində bu enerji növünün potensialı var. Aydında 872,8 MVt; Dənizlidə 379 MVt; Manisada 378,7 MVt; Çanaqqalada 30,5 MVt;  İzmirdə 12 MVt; Afyonkarahisarda 2,8 MVt gücündə geotermal enerji stansiyaları fəaliyyətdədir.

Geotermal enerji, yer qabığının müxtəlif dərinliklərində olan istilik və təzyiqin əmələ gətirdiyi, isti su və buxar halında olan istiliyin yaratdığı enerjidir.

Dünyanın təxminən 80 ölkəsində bu enerji növü isitmə və soyudulma, 24 ölkəsində isə enerji istehsalında istifadə olunur.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, Kəlbəcər və Şuşada geotermal enerji potensialı mövcuddur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *