Ukraynanın dağıdılmış günəş enerjisi sektoru

image

2019-cu ildə Ukrayna yaşıl enerjinin inkişaf tempinə görə dünyanın ilk 10 ölkəsinə, 2020-ci ildə isə günəş enerjisinin inkişaf tempinə görə ilk 5 Avropa ölkəsinə daxil olub.

"Berpaolunanenerji.az"ın məlumatına görə, ölkədə yaşıl enerjinin ümumi gücü 2022-ci ilin əvvəlinə 9 656 MVt-a çatıb. 

Ukraynada günəş enerjisinin qoyuluş gücü 6 226,9 MVt-dır. Günəş Elektrik Stansiyaların (GES) təxminən 60 %-i Ukraynanın aktiv döyüş əməliyyatlarının aparıldığı cənub və cənub-şərq bölgələrində cəmləşib ki, bu da təxminən 3 700 MVt-dır. Hesablamalara görə, döyüşlərin getdiyi ərazilərdə yerləşən günəş enerjisi gücünün 1120-1500 MVt-ı (30-40 %) dağıdılıb.

Nikolayev regionunda yerləşən "Solar Generation" şirkətinin 22 MVt-lıq GES-i dağıdılıb. Xarkov vilayətində yerləşən 5,8 MVt gücündəki günəş elektrik stansiyası məhv olunub.

Ukraynada evlərdə və fərdi təsərrüfatlarda 1 200 MVt günəş enerjisi gücü quraşdırılıb. Döyüşlər nəticəsində bu gücün 280 MVt-ı (təxminən 24 %) yararsız vəziyyətə düşüb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *