UNDP bərpa olunan enerjiyə keçid istiqamətində apardığı fəal işə görə Azərbaycana minnətdarlığını bildirib

image

"BMT-nin İnkişaf Proqramı (UNDP) Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunması layihələrinə dəstək verir".

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu UNDP-nin Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bista “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda bildirib.

O, DİM-in əldə olunması və bərpa olunan enerji mənbələrinə keçid istiqamətində apardığı fəal işə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *