Xəzərdə külək enerjisi potensialı Çinlə dayanıqlı enerji əməkdaşlığı üçün yeni imkanlar yaradacaq

image

18-19 oktyabr tarixlərində Çin Xalq Respublikasının Çindao şəhərində hibrid formatda 2-ci "Kəmər və Yol Energetika Nazirləri Konfransı" keçirilib.

"Berpaolunanenerji.az" energetika nazirliyinə istinadən xəbər verir ki, müxtəlif ölkələrin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirin açılış mərasimində energetika naziri Pərviz Şahbazov onlayn formatda çıxış edib.

Nazir, bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi sahəsində ölkəmizdə aparılan islahatlar, həyata keçiriləcək layihələr, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası"nın yaradılması istiqamətində görülən tədbirlərdən bəhs edib.

Bərpaolunan enerji layihələri üzrə keçiriləcək hərracların, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru üzrə 157 QVt həcmində külək enerjisi potensialının investorlar, o cümlədən Çin ilə dayanıqlı enerji əməkdaşlığı üçün yeni imkanlar yaradacağını qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *