XİN başçısı: "Azərbaycan bərpa olunan enerji üzrə İtaliya ilə birgə layihələrə ümid edir"

image

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə birgə layihələrin hazırlanmasında İtaliyanın iştirakına ümid edir.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu gün Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına böyük diqqət yetirir. Ümid edirik ki, İtaliya şirkətləri bu sahədə birgə layihələrin hazırlanmasında iştirak edəcəklər", - C.Bayramov bildirib.

Bundan əlavə, Azərbaycan XİN başçısı italiyalı həmkarına azad edilmiş ərazilərdə həyata keçiriləcək və alternativ enerji sferasına aid olacaq layihələr barədə məlumat verib.

“Bu gün iki ölkə arasında əlavə əməkdaşlıq imkanlarını müzakirə etdik, o cümlədən Azərbaycanda son vaxtlar böyük diqqət yetirilən alternativ enerji sahəsinin inkişafına dair fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu sahəyə də italyan şirkətləri çox böyük maraq göstərəcək”, - deyə azərbaycanlı nazir əlavə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *