“Xızı-Abşeron” KES layihəsi 2024-cü ilin ortalarında tamamlanacaq

image

"ACWA Power"in Azərbaycandakı tərəfdaşı "Ecoenergy" şirkətinin nümayəndəsi Ceyhun Sultanov bildirib ki, "Xızı-3 Külək Parkı"nın gücü 162,5 MVt, Pirəkeşküldəki layihənin gücü isə 78 MVt olacaq.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu "ACWA Power"in Azərbaycandakı tərəfdaşı "Ecoenergy" şirkətinin nümayəndəsi Ceyhun Sultanov külək enerjisi layihəsinin Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi sənədlərinin müzakirəsində bildirib.

"Xızı 3" layihəsi üzrə gücü 6,5 MVt olan 25 ədəd külək turbinləri quraşdırılacaq. Pirəkeşküldə isə eyni gücdə 12 ədəd turbin yerləşdiriləcək. Bu parkdan ilk elektrik enerjisinin 2023-cü ilin sonunda alınması planlaşdırılır. 2024-cü ilin ortalarında isə layihə tamamlanacaq, bütün gücü ilə işləyəcək. Layihə çərçivəsində yaranan tullantıların daşınması nəzərdə tutulub. İlk olaraq Sumqayıt poliqonuna baxış keçirilib. Amma onun vəziyyəti heç də yaxşı deyil. Ona görə də ora məsləhət bilinməyib. Balaxanı tullantı mərkəzi məsləhət görülüb. Amma bunu podratçı həyata keçirməlidir", - deyə o qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *