"Xudafərin" və "Qız Qalası" SES-ləri 2024-cü ildə istismara veriləcək

image

Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarında tikinti işləri davam etdirilir. Bu işlərin 2024-cü ildə başa çatacağı nəzərdə tutulur.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu energetika nazirliyinin şöbə müdiri Ələsgər Həsənov “İqtisadi zona”ya açıqlamasında deyib.

Ə.Həsənov qeyd edib ki, hər iki stansiyanın bəndlərinin tikintisi tam başa çatdırılıb və müəyyən qədər su ilə doldurulub.

“Hər iki su elektrik stansiyasının gücü İran tərəfi ilə birlikdə 280 MVt olacaq ki, bunun da 140 MVt-ı Azərbaycanın: 100 MVt “Xudafərin” SES-in, 40 MVt “Qız Qalası” SES-in payına düşür. Eyni zamanda stansiyalardan il ərzində 358 milyon kVt-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatında böyük rol oynayacaq”, - o bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *