Yaponiya şirkətləri azad olunan ərazilərdə bərpaolunan enerji layihələri həyata keçirəcək

image

“Azərbaycanın azad olunan ərazilərində Yaponiya şirkətlərinin də müəyyən fəaliyyətləri nəzərdə tutulub. Bununla bağlı hazırda lazımi məsələlər həyata keçirilməkdədir”.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu “Report”a eksklüziv açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Cüniçi Vada deyib.

Diplomat qeyd edib ki, keçən il azad olunan ərazilərdə yaşıl enerji planı ilə bağlı layihə hazırlanıb:

“Həmin ərazilərdə bərpaolunan enerji, yaşıl enerji, “ağıllı şəhər”lərlə bağlı müəyyən layihələrin də həyata keçirilməsi planlaşdırılır. Bununla bağlı danışıqlar həyata keçirilir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *